Vilayət Eyvazov polkovnik-leytenanta yeni VƏZİFƏ VERDİ
15-08-2022, 12:36
1 796

Vilayət Eyvazov polkovnik-leytenanta yeni VƏZİFƏ VERDİ

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Nəbi Məmmədov Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.
O, bu təyinata qədər Cəlilabad Rayon Polis Şöbəsində çalışıb. 

Oxşar xəbərlər