Eduard Məmmədova DİN-də vəzifə verildi - FOTO
21-09-2022, 13:54
10 152

Eduard Məmmədova DİN-də vəzifə verildi - FOTO

Tanınmış idmançı, polis polkovnik-leytenantı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə idmançı öz "Facebook" hesabında məlumat verib.
O bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
"Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam", - idmançı yazıb. 


Oxşar xəbərlər