Qazaxın bu kəndləri geri qaytarılacaq – SİYAHI
10-11-2020, 14:39
165

Qazaxın bu kəndləri geri qaytarılacaq – SİYAHI

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatın 2-ci bəndinə əsasən, Qazax rayonunun işğal edilmiş 7 kəndi də Azərbaycana geri veriləcək.
Azərbaycana qaytarılacaq 7 kənd Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləridir.

Geri alınacaq kəndlərin 3-ü Azərbaycanın Ermənistandakı eksklavıdır. Bu eksklavlar Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Belə ki, bu kəndlər işğal olunduqdan sonra onlar Ermənistanın Tavuş vilayətinin ərazisi elan edilmişdilər.
Qeyd edək ki, hər üç kənd 1992-ci ildən işğal altındadır.

Oxşar xəbərlər