Bəbələrin, cocuqların günahı nə..? - “Azərsu” bütün körpələr evinin, uşaq bağçalarının suyunu kəsib…
24-11-2022, 18:46
6 144

Bəbələrin, cocuqların günahı nə..? - “Azərsu” bütün körpələr evinin, uşaq bağçalarının suyunu kəsib…

Bakı Şəhər Baş Təhsil İdarəsi ilə “Azərsu”nun borc qovğasına körpələr düşüb…

İndicə  redaksiyamıza daxil olan məlumatdan bəlli olur ki, bu gün Bakı şəhərindəki  bütün körpələr evi, uşaq bağçalarına verilən su kəsilib. 
Təsəvvür edirsiniz,  körpə balaları su ilə imtahana çəkmək vallahi  heç  Yezid oğlu Müaviyəyə də yaraşan hal deyil. O ki, ola  “Azərsu”   Açıq Səhmdar  Cəmiyyəti və onun Köçərli Həsənov  kimi rəhbərləri…
Deməli, bütün  redaksiyamız məsələ ilə bağlı Azərsunun rəhbərliyi ilə bağlı, şəxsən qurumun sədr müavini Köçərli Həsənovla və digər rəhbər şəxslərlə nə qədər əlaqə saxlamağa cəhd etsə də bu mümkün olmadı. Nəhayət  “Azərsu”  Açıq Səhmdar  Cəmiyyətinin  Operativ idarəetmə şobəsinin rəisi Yaşar Bəşirovla əlaqə saxlaya bildik və problemlə bağlı  məlumatlı olduğunu qeyd elədi. Deməli, daxil olan ilkin məlumatdan bəlli olur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi  su borcunu vaxtında ödəmədiyi üçün   “Azərsu”  körpələr evinin, uşaq bağçalarının suyunu kəsib. Azərsu-nun rəhbərliyi görəsən, başa düşmür ki,  söhbət  böyük bir  təhsil ocaqlarından, körpə uşaqların düşəcəyi durumdam gedir. Üzr istəyirik, bəlkə uşağın hansısa tualetə getmək istəyəcək, yaxud kimsə əlini yumalıdır…. 
İndi uşaqlar gözləməlidir ki,  Bakı Şəhər Təhsil İdarəsi  nə vaxt su borcunu ödəyəcək və Köçərli əmiləri ondan sonra insafa gəlib suyu verəcək. Vallahi, dünyanın heç bir məmləkətində belə rüsvayçı hal ola bilməz ee… Əgər su  borcu iki dövlət qurumu arasında yaranıbsa, körpə uşaqlarının günahı nədir..? 
Məşhur  bir türk  mahnısında deyilən kimi…Bəbələrin, cocuqların günahı nə… Bəli, valideynlər, eləcə də dövlət vaxtlı-vaxtında  vəsait ayırıbsa, görəsən, Bakı Şəhər Təhsil İdarəsi nə üçün vaxtında  suya olan borcunu ödəməyib..? 
Görəsən, Bakı Şəhər Təhsil İdarəsinin xanım müdiri Mehriban Əliyeva bu barədə nə düşünür..?
Biz əlbəttə,  Azərsuya bəraət qazandırmırıq, əksinə suyun kəsilməsinə görə, onları qınayırıq. Amma  Təhsil İdarəsi də öz məsuliyyətini başa düşməlidir. Amma istənilən halda  Azərsu-nun körpə balaları susuz qoyması cəmiyyət tərəfindən qınanılmalıdır. Həm də görəsən, Köçərli Həsənov məmurların restoranlarının, villalarının suyunu kəsə bilərmi..?
Heç uzağa getməyək,  1-2 həftə öncə, oktyabr  ayının sonunda Yasamal rayonu ərazisindəki su borusunun partlamasını yada salın. Bunun analoqu ola bilməz ee… Şəhərin mərkəzi su borularında biri partlayır və şəhərin  suyu kəsilir  və üstəlik… Qəza nəticəsində ətrafdakı obyektlərə yüz minlərlə ziyan dəyir. Onlardan tək bircəsini deyəcəyik. Yasamalda magistral su xəttinin partladığı ərazidə yerləşən fitnes mərkəzinin sahibi deyir ki, səhər saatlarında, partlayış  səsinə çölə çıxdım, su  sel kimi binanın içinə doldu, özümü itirdim, ancaq güclə  özümü bayıra atdım, ancaq  heç nəyi xilas edə bilmədim, təkcə qaçış aparatının qiyməti 10 000 manatdır, 200 000 manata yaxın ziyan dəyib. Bax, Azərsu rəhbərliyindən soruşmaq lazımdır ki, vətəndaşa dəyən ziyanı ödəmisən..? Əlbəttə, yox. Bəs onda  5-10 manata görə, niyə körpə uşaqların suyunu kəsmisən, ay … . Kim nə deyir desin, bu bir millətə, bir dövlətə yaraşan hal deyil. İstəyərdik ki, hər iki qurum məsələ ilə bağlı  mövqeyini açıqlasın. 
Amma biz bir redaksiya olaraq, bildirmək istəyirik ki, məsələ ilə bağlı Yaşar Bəşirovla əlaqə saxladıq və məsələnin körpələrin xatirinə həll olunmasını xahiş etdik. Yaşar Bəşirovsa bildirdi ki, heç bir söhbət ola bilməz kimin deməsindən aslı olmayaraq təhsil idarəsinin müdiri Azərsu rəhbərliyinin yanına getməlidir. Məsələ orada həll olunacaq. Əgər təhsil idarəsinin müdiri Azərsu rəhbərliyinin yanına gedib məsələləri yoluna qoymasa biz bu məsələyə müdaxilə edə bilmərik. Baxın iki qurum arasında savaş gedir, amma bundan körpələr əziyyət çəkir. Görəsən kiminin gəlini, kiminin qızı, kiminin bacısı qızı, kiminin qardaşı qızı, kiminin məşuqəsi bağça müdirəsi və ya məktəb direktoru olmaq istəyirmiş ki, bunu Bakı Baş Təhsil İdarəsinin rəisi qoymayıb? 
Biz bir redaksiya olaraq Ölkə Başçısına, cənab Prezidentimiz İlham Əliyevə müraciət edərək bu problemin araşdırılaraq, körpələrin xeyrinə həll olunmasını xahiş edirik. 
                                                                                               Yeniekinci.az

Oxşar xəbərlər