AAYDA sədrinin harınlamış müşaviri Şahin İbadovun əməlləri... - Şahin İbadovun və oğlu Namiq İbadzadənin milyonluq mülkləri...
9-01-2023, 16:24
7 531

AAYDA sədrinin harınlamış müşaviri Şahin İbadovun əməlləri... - Şahin İbadovun və oğlu Namiq İbadzadənin milyonluq mülkləri...

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin müşaviri Şahin İbadovun özünün və oğlunun on milyonlarla dəyəri olan mülkləri, şirkətləri, avtomobil kolleksiyaları, xarici ölkələrdə biznes obyektləri barədə ölkə mediasında kifayət qədər yazılıb.
 Məlumat üçün onu qeyd edək ki, Şahin İbadov Şəki və Oğuz yol tikinti istismarı idarəsinin rəisi, Bakı 4 saylı idrənin rəisi, "AzərAvtoyol Təchizat İdarəsi”nin rəisi, "Azəravtoyol” sədrin məsləhətçisi vəzifəsində çalışıb və hazırda isə AAYDA sədrinin müşaviridir. Şahin İbadovun oğlu Namiq İbadzadənin adına Bakı şəhərinə xeyli sayda  mağaza  fəaliyyət göstərir. Şahin İbadov  Şəki, Qax, Balakən, Zaqatala rayonlarında xeyli torpaq sahələrini ailə üzvlərinin və yaxın qohumlarının adına özəlləşdirib, fermer təsərrüfatı fəaliyyət göstərir və daha nələr... 
Təsəvvür edirsiniz, Şahin İbadov Bakı şəhərində tikilən binalardan bir-iki mənzil deyil e, bütöv mərtəbəni alır. Bütün bunlar azmış kimi, Şahin İbadovun çörək zavodları, asfalt, beton, çınqıl zavodları, böyük ticarət obyektləri, bahalı avomobilləri...  
Bütün bunlardan əlavə Şahin İbadov həm də Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusdur. Və ən dəhşətlisi odur ki, Şahin İbadovun özünə və ailəsinə məxsus  şirkətlərdə ciddi korrupsiya halları var. Şahin İbadov heç bir dövlət orqanı ilə razılaşmadan nə istəyir tikir, nə istəyir edir. Və icarəyə verdiyi obyektlərdən aldığı pullardan dövlətə vergi ödəmir. Yəni vergidən yayınır. Və bütün bunların hesabına Şahin İbadov və ailə üzvləri demək oalr ki, İngiltərə kralının ailə üzvlərindən dəfələrlə zəngin durumda yaşayırlar. Dövlətdən mənimsədyi milyonlar  Şahin İbadovu o dərəcədə harınladıb ki, bu adamın hərəkətləri heç bir əndazəyə sığmır.  
Bu adam deyir ki, Şəki, Qax, Balakən, Zaqatalaya mən nəzarət edirəm. Bu rayonlara təyin olunan icra başçıları, prokurorlar, məhkəmə sədrləri və digər məmurlar mənim xeyir-duamı almalıdır. Təyinatdan sonra gəlib mənimlə görüşməlidir və sonra işə başlamalıdır. 
İndi təsəvvür etdinizmi, bu adam həddini nə dərəcədə aşıb. Hələ, bu harasıdır..? Şahin İbadov deyir ki, Şəki, Balakən, Zaqatala, Qax  bölgələrindən seçilən millət vəkillərinə də mən xeyir-dua verməliyəm. Hələ, bu da harasıdır..? Şahin İbadovun gözünü pul-para o qədər tutub ki, əcnəbi dostlarına, yaxın çevrəsinə deyir ki, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti  sədri qeyri rəsmi olaraq mənəm, mənim icazəm olmadan orada heç kim, heç bir iş görə bilməz. Bu yaxınlarda hamınız eşidəcəksiniz mən idarə heyətinin sədri olacam, dostumuz mənə söz verib. 
Mən bir yazar olaraq, Şahin müəllimin dostunun onu sədr qoyub-qoymamasını deyə bilmərəm, mənim 10 dənə qoyunum olsa Şahin İbadova etibar etmərəm, çünki 10-da oğurlayacaq, birini də saxlamayacaq. Belə birisinə dövlət ərkanını etibarmı etmək olar?
Bu söhbəti eşidən yaxın dostları isə Şahin İbadova deyiblər ki, ay Şahin, axı, sənin ali təhsilin yoxdur, ibtidai  məktəbi güclə bitirmisən, sən necə sədr ola bilərsən... Şahin isə dostlarına cavabında bildirib ki, diplom boş şeydir, əsas puldur, lazım gələrsə, hələ 3-4 diplom da pulla ala bilərəm. Ancaq Şahin İbadov bilmir ki, onun sovet dövrünə aid edərək əldə etdiyi saxta diplomu latın qrafikası ilə yazıblar. 
Bu yerdə deyərlər, məzən olsun, ay Şahin... Bu  qınından çıxıb qınını bəyənməyən kəs özünü hər yerdə İtaliyanın sabiq baş naziri Silvio Berluskioni kimi aparır, onun geydiyi  brend  kostyumları geyir, eşq macəraları yaşayır. 
Sözün qısası, Şahin İbadova layiq olduğu yeri göstərməyin zamanı çoxdan çatıb. Amma bizim üçün bir məsələ maraqlıdır. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin  sədri  hörmətli  Saleh Məmmədov belə bir  adamı nə üçün sədrin müşaviri kimi saxlayır. Axı, hamı Saleh müəllimi dövlətə, dövlətçiliyə, Prezidentimizə sadiq bir şəxs kimi tanıyır.
P.S. Şahin İbadovun xəstəxanadan başlanmış keçmişi və İmişlidə qurtaran gələcəıyi haqqında yazı dərc edəcəyik. Bizi izləyin.
                                                                                   21saat.org

Oxşar xəbərlər