Müştəri "Xalq Sığorta"dan narazılıq edir... - "Bu nə deməkdir, anlamıram..."
30-11-2020, 10:26
230

Müştəri "Xalq Sığorta"dan narazılıq edir... - "Bu nə deməkdir, anlamıram..."

"Şikayətim "Xalq Sığorta"dandir". Maşınımı vürublar ay yarım bundan qabaq. 1 ay keçəndən sora pul ayrıldı. O da az ayrıldığı üçün narazılığımı bildirdim". DİA.AZ bildirir ki, bu sözlər narazı vətəndaş Fərhad Bakinskinin müraciətindəndir.

Müştəri "Xalq Sığorta"dan narazılıq edir...

Daha sonra şikayətçi bildirir: "Özləri öz servislərində təmir edəcəklərini bildirdilər. 15 gündür maşınım qalıb "servis"in həyətində. Hələ maşınım düzəlməyib. Servisdən dünən zəng edib deyirlər ki, bəs maşınına ehtiyyat hissəsi tapılmır, təmir edə bilmirik.

Belə olan halda şirkətin məsuliyyəti necə dəyərləndirilir? Yenidən Sığorta şirkətinə zəng edirəm, deyirlər ki, gözləyin... Bu nə deməkdir, anlamıram..."

Müştəri "Xalq Sığorta"dan narazılıq edir...

Dia.az olarq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Oxşar xəbərlər