Bakıda 55 yaşlı Türkiyəli iş adamı  döyüldü... -  “Mustafa Yıldırım” şirkətinin döyülən rəhbəri Mustafa Yıldırım  BakıTV.az İnternet Televiziyasınin rəhbəri  Habil Vəliyevə müraciət edib...
7-03-2023, 16:43
16 428

Bakıda 55 yaşlı Türkiyəli iş adamı döyüldü... - “Mustafa Yıldırım” şirkətinin döyülən rəhbəri Mustafa Yıldırım BakıTV.az İnternet Televiziyasınin rəhbəri Habil Vəliyevə müraciət edib...


Mustafa Yıldırımı döyən Zaur Hüseynovun vəkili Elnur Abbaszadə TV-nin rəhbərliyinə hədə-qorxu gəlir... 
Əlimizdəki VİDEO və SƏS YAZILARI istintaqa təqdim olunacaq... 
Səs yazısında kimlərin adı keçir..?  
İşğal altındakı torpaqlarımızın azad edilməsində göstərdiyi hərbi, siyasi və diplomatik dəstəyə görə xalqımızının Türkiyəli qardaşlarımıza minnətdarlıq və təşəkkür borcu var. Bütün bunlarla yanaşı bir məqama xüsusi diqqət yetirməliyik. 
Məlumdur ki, mənfur erməni daşnakları 30 ildən çoxdur xalqımızın barəsində olmazın böhtanlarını yayırlar, bizi dünyaya vəhşi, sivil olmayan xalq kimi təqdim etməyə çalışırlar. Ona görə də bizim bu çirkin oyunlara  ən tutarlı cavabımız dünyaya sivil millət, mədəni toplum olduğumuzu göstərməkdir.
Sözümüzün canı odur ki, təkcə türk qardaşlarımıza deyil, ümumiyyətlə, ölkəmizdə yaşayan, eyni zamanda ölkəmizdə çalışan müxtəlif millətlərin nümayəndələrinə, xarici  vətəndaşlara qarşı sivil davranmalı və dövlətimizin imicinin zədələnməsinə qəti yol verməməliyik. Bunun üçün hər bir vətəndaşımız  ayıq-sayıq olmalıdır. 
Təəssüf ki, bəzi  həmvətənlərimiz, belə demək mümkünsə, erməni dəyirmanına  su tökməklə məşğuldur. Nə isə, bu haqda sonra. Amma, qardaşlıq əlaqələrimizə kölgə salan insanlar da var. Onlardan biri də Zaur Hüseynovdur. 
Təsəvvür edirsiniz, Zaur Hüseynov birgə çalışdığı  “Mustafa Yıldırım”  şirkətinin  rəhbəri  Mustafa Yıldırıma qarşı ofisdə zorakılıq edir, ona güc tətbiq edir, onu döyür və təhqir edir. Biz  Mustafa Yıldırımın  qardaş Türkiyə vətəndaşı olmasını xüsusi qabartmaq istəmirik. Əlbəttə, hər bir  türkün bizim qəlbimizdə xüsusi yeri var. Amma bu zorakılıq aktı, hətta türk olmayan, hər hansı bir əcnəbi ölkə vətəndaşına qarşı da tətbiq olunsaydı, biz eyni reaksiyanı verəcəkdik. Çünki yazının girişində qeyd etdiyimiz  kimi Azərbaycan Dövlətinin İMİC məsələsi var. Cənab Prezidntimiz bütün varlığı, bütün gücü ilə dünyada millətimizin və dövlətimizin müsbət obrazını yaradır, bizə qarşı neqativ olanları dost etməyə çalışır. Bizim bəzi öz xeyrini güdən həmvətənlərimiz isə Bakıda qardaşımız olan türk iş adamını döyür. 
Bəli, türk  iş adamı Mustafa Yıldırım “Bakı TV.az” İnternet Televiziyasınin rəhbəri Habil Vəliyevə müraciətində yazır: “Hörmətli Habil müəllim, Sizdən xahiş edirəm ki, mənim Zaur Hüseynov tərəfindən ofisdə döyülməyim, saldırıya məruz qalmağım, təhdid və təhqir olnmağım ictimailəşdirilsin. 
Xahiş edirəm, sizə təqdim etdiyim video TV-nizdə işıqlandırılsın  və hüquq-mühafizə orqanlarına göndərilsin. Mənim bir Türkiyə vətəndaşı olaraq ictimai vəkilim olmağınızı xahiş edirəm”. Xəbərin birtərəfli dərc olunmaması üçün, yəni obyektivlik üçün Zaur Hüseynovla telefon əlaqəsi saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş edəndə, onun cavabı “Yaxşı eləmişəm döymüşəm” oldu. Yəni bu adam  türk qardaşımızı döydüyünü yaxşı əməl hesab edir. 
Bizimlə söhbətində Zaur Hüseynov zorakılığı necə sübut edəcəyimizi soruşanda, əlimizdə video-görüntü olduğunu dedik. Video məsələsindən təlaş keçirən Zaur Hüseynovun dostu, özünü onun vəkili kimi təqdim edən Elnur Abbaszadə redaksiyamıza telefon açaraq, ikilikdə, üçlükdə görüş keçirməyi, məsələni yoluna qoymağı təklif edir, hətta bəzi vəkillərin, media mənsublarının ( Pərviz Həşimli, Bəhruz Bayramov ) adını çəkir. Tərəfimizdən istədiyi cavabı ala bilməyən, özünü vəkil kimi təqdim edən  Elnur Abbaszadə  bizi xüsusi ittiham qaydasında məhkəmə iddiası ilə hədələyir. Bütün bunlar azmış kimi, Zaur Hüseynov döydüyü  55 yaşlı türk iş adamına zəng edərək ona hədə-qorxu gəlir, onu görüşə çağırır, onu təhdid edir. Bütün proses boyu apardığımız danışıqların SƏS YAZISI fakt kimi əlimizdədir. 
Reportajı bir gün gecikdirməyimizin səbəbi  səs yazılarını toplayıb  reportaja əlavə etməklə bağlıdır. 
Sonda hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Vəkillər Kollegiyasının rəhbərliyinə müracaiət edərək xahiş edirik ki, bu zorakılıq aktı istintaqda ciddi araşdırılsın. Çünki söhbət kiminsə personasından deyil, dövlətimizin imicindən gedir. Məsələni gündəmdə saxlayacağıq. Bizi izləyin.
                                                               BakıTV.az İnternet Televiziyası
                                                        
 

Oxşar xəbərlər