Dövlət Ekolojı Təhlükəsislik Xidməti paytaxtın Binəqədi rayonundan ağacların kəsilib yerində obyekt tikilməsi ilə bağlı münasibətə Ulduz Quliyeva tərəfindən cavab gecikmədi...
10-03-2023, 18:56
6 403

Dövlət Ekolojı Təhlükəsislik Xidməti paytaxtın Binəqədi rayonundan ağacların kəsilib yerində obyekt tikilməsi ilə bağlı münasibətə Ulduz Quliyeva tərəfindən cavab gecikmədi...

Müxbirimiz Ulduz Quliyevaya bu sualla müraciət edib.
Axundov küçəsi 3A ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekolojı Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, həmin ağacları siz kəsmisiniz? Bu məsələyə öz münasibətinizi bildirin.
Ulduz Quliyevanın oğlu və qanuni nümayəndəsi müxbirimizin ünvanladığı suala belə cavab verib.
Əlimizdə 2018-ci ildən olan məhkəmə qətnaməsi var. Həmin ərazi bizim mülkiyyətimizdədir. Bəzi adamlar tərəfindən bizim ərazimizdə ağaclar əkilir, bizə problemlər yaradılır. Bu məsələ ilə bağlı biz 2018-ci ildə məhkəməyə müraciət etmişik.
Nəzərinizə çatdıraq ki, bizim əlimizdə məhkəmə qətnaməsi var. Qətnaməyə görə, həmin əkilmiş yaşıllıqlar cavabdehlərin hesabına çıxardılmalı, ərazi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Eyni zamanda bizə yaradılmış maneələr aradan qaldırılmalıdır. 
Təsəvvür edirsiniz, 2018-ci ildən bu günə qədər cavabdehlər onu könüllü icra etməyiblər və könüllü şəkildə icra etmədiklərinə görə Məhkəmə Qərarlarının İcrası və Probasiya Şöbəsi tərəfindən məcburi tədbirlər görülüb və yaşıllıqlar oradan uzaqlaşdırılıb.  
Biz burada heç bir ağac əkməmişik və ağacların kəsilməsində də iştirak etməmişik. Hamı kimi biz də kənardan durub baxmışıq. 
                                                         Yeniekinci.az   

Oxşar xəbərlər