Əlilliyin elektron müəyyən edilməsi qaydası, yoxsa “elektron dələduzluq” ? - NARAZILIQ!
8-12-2020, 09:17
322

Əlilliyin elektron müəyyən edilməsi qaydası, yoxsa “elektron dələduzluq” ? - NARAZILIQ!

"Əhalinin ən çox narazılığının sosial problemlərdən qaynaqlandığı heç kimə sirr deyil. Sosial-iqtisadi sahədəki neqativ hallara son qoymaq üçün elektron xidmətlərin tətbiqi də sosial xidmətdən yararlanan şəxslə sosial məmur-xidmətçi arasında mümkün qeyri-prosessual ilişgi ilə bağlıdır. Amma, Anadolu türkləri demiş, burası Azərbaycandır! Bizim (bizimmi? ) sosial məmurlar “elektron korrupsiya”nın da yolunu tapıblar". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Əlilliyin müəyyən edilməsinin elektron qaydası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 saylı “ Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə “ Qərarı ilə tənzimlənirdi. Bu ilin əvvəlində baş nazir Əli Əsədov bu qərarı ləğv edərək 2 eyni 16 yanvar 2020 tarixli 11 saylı “Əlilliyin qiymətləndirilməsi Qaydası” və 12 saylı “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərar qəbul etdi. 11 saylı qərarın icrasının ƏƏSMN yanında Tibbi Sosial Ekspertiza Komissiyasının ( TSEK ) , 12 saylı qərarın icrasının isə tibb müəssisələrinin üzərinə düşməsi sözügedən aktlardan aydın olur. Nə yazıq, tibb müəssisələri və TSEK-lər dövlətin antikorrupsiya siyasətini əməlli-başlı “elektron korrupsiya” sisteminə çevirdilər. Fikir verin, Xətai rayonundakı 7 saylı poliklinika 10 ildir ürək -tənəffüs çatışmazlığından, şəkərli diabetdən əziyyət çəkən , vərəm dispanserində uçotda olan Zahid Xanmalı oğlu barəsində 4 ildir TSEK-ə 88 saylı arayış verilməsindən rüşvət qopara bilmədiyindən imtina edir! (?) Nə Ombudsman, nə hüquq -mühafizə orqanları, nə NK-nın özü bu özbaşınalığa son qoya bilir. Şəkərdən gözlərinin də görməsi zəifləyən yataq xəstəsinin şikayətləri barəsində şikayət etdiyi poliklinikaya göndərilir və özbaşınalıq bu ilin ortalarına qədər sürüb! Karantin rejimində, axırı ki, TSEK-in müayinəsinə “ ÜİX stenokardiyası II f /s . AKŞ×3 əməliyyatından sonrakı vəziyyət . QDÇ II dərəcə. Hipertoniya xəstəliyi II mərhələ. Şəkərli diabet tip 2. Keçirilmiş plevritden sonrakı vəziyyət” diaqnozu ilə elektron göndərişə 31.08.2020 -ci il tarixli cavabla əlilliyin qiymətləndirilməsindən imtina edilib. TSEK imtinasının səbəbini “ NK-nın 16.01.2020 tarixli 12 saylı qərarının 1.5.1 bəndinə əsasən son bir ildə heç bir ixtisaslaşmış müalicə və müayinədə olmadığı üçün əlavə müalicəyə ehtiyacın olması” ilə “əsaslandırıb” . Sözügedən “səbəb”in korrupsiyadan qaynaqlandığı şübhəsizdir və demək olar ki, bütün müayinəyə göndərilənlərə tətbiq edilir. Halbuki, vurğuladığımız kimi, TSEK NK-nın 16.01.2020 tarixli 12 saylı qərarı ilə ona göndərilən arayış əsasında NK-nın 11 saylı qərarı əsasında ƏLİLLİYİN QİYMƏTLƏNDİRİLMƏSİNİ HƏYATA KEÇİRİB NK-NIN 30 DEKABR 2015-Cİ İL TARİXLİ 413 SAYLI “ ƏLİLLİYİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUDLUĞUNUN MÜƏYYƏN OLUNMASI MEYARLARINA DAİR ƏSANAMƏ”yə uyğun olaraq ƏLİLLİK DƏRƏCƏSİNİ TƏYİN ETMƏLİDİR, ona aid olmayan 12 saylı qərarın 1.5.1 bəndinə əsasən göndərilən arayışın GÖNDƏRİLMƏSİNİN YANLIŞ OLDUĞUNU “SƏBƏB” KİMİ SIRIMALI DEYİL! TSEK-in QƏSDLƏ, QƏRƏZLƏ ona aid olmayan qərarın 1.5.1 bəndinə əsasən imtinası üzə çıxır. Qəsd-qərəz ondan görünür ki, 1.5.2 MADDƏSİNƏ GÖRƏ ŞƏXSDƏ ƏQLİ POZUNTULARIN, ANATOMİK ÇATIŞMAZLIQLARIN , DƏRMANLARA DAVAMLI VƏRƏM FORMALARININ , IV MƏRHƏLƏ ONKOLOJİ XƏSTƏLİKLƏRİN, V MƏRHƏLƏ XRONİKİ BÖYRƏK XƏSTƏLİYİNİN OLMASI TSEK-ə göndəriş verilməsinə əsasdır və göndəriş bu Qaydanın 1.5.1 YARIMBƏNDİNDƏ GÖSTƏRİLƏN MÜDDƏT GÖZLƏNİLMƏDƏN VERİLİR. Elektron dələduzluğa baxın, 3 dəfə açıq ürək əməliyyatına uğrayan, 10 ildir ağır formalı anatomik (ürək, ağ ciyər, qan dövranı) çatmazlığı olan vərəm xəstəsinə əlillik təyin edilmir ki, əlavə müalicəyə ehtiyacı var! (?)

Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasında “elektron dələduzluq” korrupsiyası o həddədir ki, xəstələrin məhkəmə təminatı hüququna da rüşvətlə qadağa qoyulub. Halbuki, NK-nın sözügedən qərarlarında göndərişin verilməsindən və əlilliyin təyin edilməsindən imtina edildikdə inzibati və məhkəmə qaydasında hüququn təminatı təsbit olunub. Di gəl, məhkəmə də qanunu, Konstitusiyanı , Prezident fərmanını, NK qərarını yox, qeyri-prosessual sifarişi əsas tutur! (?) Təsəvvür edin, Bakı İnzibati Məhkəməsi (hakim Aygün Abdullayeva ) əlilliyin müəyyən edilməsi

haqqında mübahisənin həlli üçün təyin etdiyi ekspertizanın rəyini cavabdeh ƏƏSMN yanında TSEK-ə tapşırıb! (?) Hansı cavabdeh özünə qarşı rəy verər? Ümumiyyətlə, əlilliyin elektron təyinatında TSEK -in həkiminə nə ehtiyac var? Tibb müəssisəsinin diaqnozunu NK-nın “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları” ilə tutuşdurmaq belə çətindir? Məsələn, QDÇ (qan dövranı çatmazlığı ) II dərəcə diaqnozu NK -nın meyarlarına uyğun olaraq ömürlük 2-ci dərəcəli əlillik təyin etməyə əsasdır. TSEK -in həkimi isə xəstəyə də, məhkəməyə də “rəy” verir ki, “əlavə müalicəyə ehtiyac var” . Belə “həkim-ekspertliklə” yalnız və yalnız “elektron dələduzluğu qüvvəyə mindirmək olar, NK qərarını , Prezident fərmanını, qanunu, Konstitusiyanı yox.

... Və “əlavə müalicəyə” pul tapmayan xəstələrin həkim-ekspert özbaşınalığından elektron dələduzluğumdan psixoloji travmaları hələ də davam edir!..."

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Oxşar xəbərlər