"ZEPPELİN" klubda içki məclisi və ya Asifin torbaları... - Yasamalda baş vermiş yol nəqliyyat hadisəsini törədən şəxsin kimliyi bəlli oldu...
9-06-2023, 18:24
6 581

"ZEPPELİN" klubda içki məclisi və ya Asifin torbaları... - Yasamalda baş vermiş yol nəqliyyat hadisəsini törədən şəxsin kimliyi bəlli oldu...

Yasamalda baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, törədilmiş yol nəqliyyat hadisəsi sürücünün içkili olması ilə əlaqədar olub. Baş vermiş yol nəqliyyat hadisəsi sürücünün səhlənkarlığı, saymamazlığı, məmur övladı olmasından irəli gəlir. 
Bir müddət öncə, həmin şəxs oxşar cinayət hadisəsini "BMW" markalı avtomobildə törətmişdir. 
Bu cür yol nəqliyyat hadisələrinin baş verməsi və bu hadisələrin gizlədilməsi, gələcəkdə baş verəcək insan ölümlərinin qarşısının alınmasına zərurət yaradır. Sürücü içkili bir vəziyyətdə yol nəqliyyat hadisəsi törədirsə, Hüquq Mühafizə Orqanları bu işə göz yumursa, onda Hüquq Mühafizə Orqanlarının işçiləri nəyinsə müqabilində bu işi yoluna qoyur. 
Axı, cənab Nazirimiz bu şəxsləri vəzifəyə təyin edəndə, asayişin qorunmasını, insanlarla nəzakətli davranmağı tapşırıb. 
Bir də onu xatırlatmaq istəyirik ki, nə üçün belə hadisələri ictimaiyyətdən gizlətməyə çalışırıq. Araşdırmamız davam edir, mövzunu diqqətdə saxlayacağıq.
P.S. Görəsən, bizim ölkəmizdə nə üçün hamıya rüşvət alan və verən kimi baxırlar? /Gundelik-baku.com/

Oxşar xəbərlər