Xaçmaz Regional Mədəniyyət İdarəsi taxta qırıntısı üçün bu şirkətə 60 min manat ödədi – Müəmmalı əməliyyat
18-12-2020, 10:18
455

Xaçmaz Regional Mədəniyyət İdarəsi taxta qırıntısı üçün bu şirkətə 60 min manat ödədi – Müəmmalı əməliyyat

Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 4 lot üzrə keçirilən tender müsabiqələrinin qaliblərinə ümumilikdə 464 min 258 manat 96 qəpik ödəniləcək:

- “Parameks AZ Constraksen” MMC-yə (VÖEN: 1804990891) cari təmir işləri üçün 74 min 958 manat 71 qəpik ödəniləcək.

- “Rofland TC Grup” MMC-yə (VÖEN: 1804990911) dəftərxana və təsərrüfat malları üçün 111 min 998 manat ödəniləcək.

- “Vest-LTD” MMC-yə (VÖEN: 2100393871) əsaslı təmir işlərinin satınalınması üçün 217 min 302 manat 25 qəpik ödəniləcək.

- “Parameks AZ Constraksen” MMC-yə (VÖEN: 1804990891) odun (taxta qırıntısı) yanacağının tədarükü üçün 60 min manat ödəniləcək.

Məlumat üçün qeyd edək ki, 4 lot üzrə keçirilən tendr müsabiqəsindən 3-nün qalibi olan şirkətlər cəmi 3 ay əvvəl eyni ünvanda, eyni şəxs tərəfindən və eyni tarixdə dövlət qeydiyyatına alınıb.

2 loy üzrə qalib olan “Parameks AZ Constraksen” MMC və 1 lot üzrə qalib olan “Rofland TC Grup” MMC 27.08.2020-ci il tarixində “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınıblar. Hər iki MMC-nin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur.

Qeyd edək ki, sözügedən MMC-lərin qanuni təmsilçisi Ədalət Həmidov Azərbaycan Respublikası CM-in 177.2.5 maddəsi ilə məhkum olunub. Onun məhkumluğunun götürülməsi barədə Xəzər rayon Məhkəməsinə etdiyi apellyasıya şikayətinin dəyişdirilmədən saxlanılması barədə elektron məhkəmə sistemində məlumat var.

Təbii ki,bunları Xaçmaz Regional Mədəniyyət İdarəsinin tender Komissiyası bilməyə bilərdi. Amma iki ay əvvəl yaradılmış MMC-nin tender prosedurunda iştirakına necə yol veilib?

Tender Komissiyası bunları ki, bilməliydi.Müqaviləni yerinə yetirmək üçün iddiaçı tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar,mürəkkəblik dərəcəsinə uyğun olan ən azı üç iş üzrə təcrübəyə malik olmalıdır, ən azı 1 il təcrübəyə malik iş icraçısı olmalıdır, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı olmalıdır, iddiaçının müvafiq işlərin görülməsinə olan xüsusi icazə (lisenziya) sənədi olmalıdır, iddiaçının mülkiyyətində olan maşın, mexanizm və avadanlıqların növü və xüsusiyyətləri haqqında arayışı və qanunun tələb etdiyi sadalamadığımız bir çox sənədlərin zəruriliyi satınalma proseslərində ən vacib şərtlərdəndir.

Amma Xaçmaz Regional Mədəniyyət İdarəsi əvvəlki illərdə buraxdığı qanun pozuntularını bu gün də davam etdirir. Digər maşın və avadanlıqların satınalması,cari və əsaslı təmir işləri adı altında elan olumuş tenderdə işlərin harada, hansı kitabxanada, klubda, mədəniyyət evində, yaradıcılıq mərkəzində, musiqi məktəbində aparılması açıq göstərilmir.

Bir çox hallarda isə korovka sorğusu üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumat dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilmədən həyata keçirilir.Cəmi 3 ay əvvəl yaranan, barələrində açıq internet resuslarda heç bir məlumat olmayan, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Maraqlı məqamlardan biri də odur ki, avqust ayında “Parameks AZ Constraksen” MMC və “Rofland TC Grup” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi “Parameks AZ Constraksen” MMC-nin qanuni təmsilçisi ilə eyni şəxs olub.

Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan 4 şirkətin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur. Həmin ünvanda qeydiyatda olan 5 şirkətin qanuni təmsilçisi Hüseynov Kamran Ayrım oğlu eyni zamanda 5 şirkətin rəhbəri olub.

Bundan başqa həmin ünvanda qeydə alınan bütün şirkətlərin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var.

Avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

Qeyd edək ki Xaçmaz Regional Mədəniyyət İdarəsi özündə beş rayonu birləşdirir və idarəyə 2002-ci ildən Nazim Ağayev rəhbərlik edir.Hələ 1991-1997-ci illərdə Xaçmaz rayon Sayad kəndli təsərrüfatında, Sayad kolxozunda rəhbər və sədr vəzifələrində işləmişdir.

1997-2002-ci illərdə Xaçmaz rayon İcra Hakimiyyətində I müavin vəzifəsində çalışmış Nazim Ağayev 2002-ci ildən 2017-ci ilə kimi Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, 2017-ci ilin yanvar ayının 5-dən isə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət idarələrini özündə birləşdirən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir.

Əmək fəaliyyətinə kolxozçu kimi başlamış Nazim Ağayevin əvvəl Xaçmaz rayon Mədəniyyətinə,sonra isə Regional Mədəniyyət idarəsinə rəhbərliyinin az qala 20 ili tamam olur.

Məlumatlara görə vaxtı ilə kolxoz sədri işləmiş Nazim Ağayev bu müddət ərzində əvvəl rayonun,daha sonra isə regionun mədəniyyətini bir kolxoz təsərrüfatı kimi idarə edib.

Mədəniyyət sahəsinə ayrılmış pulları müxtəlif yollarla mənimsəmsəməklə böyük var-dövlət sahibinə çevrilib.

Qarşı tərəf kimi adları çəkilən şəxs və dövlət orqanlarının da münasibətin ictimailəşdirməyə hazırıq.Mənbə Yeniavaz.com
Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi Qeydiyyat
tarixi
"Sansetka az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
"Sansetka az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
"Sansetka az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
“Lıman az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
“Geoman az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 31.08.2020
“Parameks az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Parameks az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Parameks az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Rofland tc Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Veton as” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Veton Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Veton Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Levon as Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Levon as Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Levon as Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Senteral tıkıntı Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Məmiyev Anar Məjuəli 13.08.2020
“Dubloks Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Məmiyev Anar Məjuəli 13.08.2020
“Askom ts Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Quliyev Qüdrət Soltan 12.08.2020
“Human az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Quliyev Qüdrət Soltan 12.08.2020
“Tropıka az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Sansekto ts Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Hüner Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Hüner az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Egefon tc Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Aktual az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Formula az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Verta az” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Verta az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 7.09.2020
“Verta az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Verta az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Fokus az” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Fokus az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Fokus az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Mugan az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Pramıda az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Konus as Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Lubro az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Talıbov Sahib Xudaverdi 7.09.2020
“Lubro az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Talıbov Sahib Xudaverdi 7.09.2020
“Toksun az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Parlon az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Vulkan tt Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Muskat az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 8.08.2020
“Semıral az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 8.09.2020
“Alben az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 10.09.2020
“Okean az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Skvortsov Arkadiy Sergeyeviç 8.09.2020
“Seman az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 8.09.2020
“Sultan az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 8.09.2020
“Tamer az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 10.09.2020
“Yarımca” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Qurbanov Ruslan Rufan 21.09.2020
“Mandı-LM” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Qurbanov Ruslan Rufan 21.09.2020A. Cəfərov

Oxşar xəbərlər