Bakıda dilənçi uşaq hərbi məktəbə yerləşdirildi: "Mən general olmaq üçün oxuyuram"
18-03-2022, 16:13
7 337

Bakıda dilənçi uşaq hərbi məktəbə yerləşdirildi: "Mən general olmaq üçün oxuyuram"

Bakıda küçədən tapılan uşaq hərbi təyinatlı təhsilə yönləndirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, tapılan həmin uşaq küçədə dilənçiliklə məşğul olurmuş:
“Həmin uşağı küçədən tapmışdıq. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi həmin uşağı dövlətin himayəsinə götürməklə hərbi təyinatlı təhsilə yönəltdi. Hazırda yüksək nəticələr göstərir. Sevindirici məlumatlar gəlir. Deyir ki, mən general olmaq üçün çalışıram, oxuyuram”.

Oxşar xəbərlər