Prezidentin xüsusi nümayəndəsi Vyanaya getdi
30-03-2022, 17:25
15 383

Prezidentin xüsusi nümayəndəsi Vyanaya getdi

Avstriyanın paytaxtı Vyanada azərbaycanəsilli məşhur Fransa fotoqrafı Reza Deqatinin sərgisi açılıb.
Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.
“Qarabağ həqiqətlərini dünyaya çatdıran Reza Deqatinin Vyanadakı “Küldən yüksəliş. Qarabağın intibahı” adlı sərgisində iştirak etdik”, - o bildirib.

Oxşar xəbərlər