“Mor ve ötesi” azərbaycanlı gənclərlə görüşdü
21-10-2022, 17:31
6 716

“Mor ve ötesi” azərbaycanlı gənclərlə görüşdü

Türkiyənin məşhur “Mor ve ötesi” qrupu Bakıya gəlib.
Onlar ölkəmizə bu gün Bakı Konqres Mərkəzində baş tutması planlaşdırılan konsertləri üçün təşrif buyurublar. Qrup üzvləri paytaxtda azərbaycanlı gənclərlə görüşüblər.
Bununla bağlı “Mor ve ötesi”nin instaqram hesabında paylaşım edilib. “Bakıdakı ilk axşamımızda bu şahanə gənclərlə rastlaşdıq və çox gözəl söhbət etdik, xoşbəxt olduq”, - deyə, bildirilib.

Oxşar xəbərlər