Teatr aktyorları maaşlarını ala bilmir
2-11-2022, 20:31
9 372

Teatr aktyorları maaşlarını ala bilmir

Sumqayıt Dram Teatrının aktyorları əməkhaqlarının gecikməsindən şikayətçidir.
“Xəzər xəbər” xəbər verir ki, onlar iddia edir ki, vəziyyətin bu həddə çatmasının səbəbi teatrın rəhbərsiz qalmasıdır.
Aktyorların sözlərinə görə, son 7 aya qədər maaşlarını normal şəkildə kart vasitəsilə alıblar. Ancaq 7 aydır direktor olmadığına görə əməkhaqları hər ay gecikir. Direktoru əvəz edən müavinin səlahiyyəti isə bu məsələdə məhduddur.
Teatrın aktyorları qarşılaşdıqları problemlə bağlı kütləvi şəkildə Mədəniyyət Nazirliyinə videomüraciət ünvanlayıblar. Sumqayıt Regional Mədəniyyət İdarəsindən isə bildirilib ki, teatr Mədəniyyət Nazirliyinə tabe olduğu üçün məsələnin həlli onların səlahiyyətlərini aşır.
Problemlə bağlı Mədəniyyət Nazirliyinə müraciət isə cavabsız qalıb.


Oxşar xəbərlər