Maykl Duqlas illər sonra imicini dəyişdi
2-11-2022, 14:18
1 353

Maykl Duqlas illər sonra imicini dəyişdi

“Oskar”lı aktyor Maykl Duqlas imicində dəyişiklik edib.
78 yaşlı sənətçi bu həftəsonu İnstaqram hesabında Parisdə çəkdiyi bir videonu paylaşıb.
Mayklın saçlarını sarıya boyatması gözdən qaçmayıb. İllərdir ağ saçlarından vaz keçməyən aktyorun imic dəyişikliyinin yeni layihəsi ilə bağlı olub-olmamağı isə bəlli deyil.
Qeyd edək ki, Duqlasın “Benjamin Franklin” adlı “Apple” TV serialı ilə ekranlara dönəcəyi bildirilirdi.

Oxşar xəbərlər