Çoxdan gözlənilən “Avatar-2”nin tam treyleri yayımlanıb
2-11-2022, 18:49
6 742

Çoxdan gözlənilən “Avatar-2”nin tam treyleri yayımlanıb

“Avatar”ın çoxdan gözlənilən davamının yeni treyleri yayımlanıb. Rejissorun Ceyms Kameronun sözlərinə görə, “Su Yolu” əvvəlki hissə kimi emosional, lakin daha genişmiqyaslıdır.
Hadisələr ilk filmdəkilərdən 10 illər sonra baş verir. Hekayəyə görə, əsgər Ceyk Salli avatara çevrildikdən sonra Navi xalqının lideri olur və yeni dostlarını Yerdən gələn muzdlu iş adamlarından qorumaq missiyasını üzərinə götürür.
Baş rolları Sem Uortington, Zoi Saldana, Stiven Leng, Covanni Ribizi, Coel David Mur və Keyt Uinslet oynayır.
“Avatar: Su Yolu” bu il dekabrın 16-da bütün dünyada yayımlanacaq.
Qeyd edək ki, elmi-fantastik filmin ilk hissəsi 2009-cu ildə nümayiş olunub. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələri, Navi aləminə xətərli müdaxilə barədədir. Üç “Oskar” və bir “Qızıl Qlobus” mükafatını almış “Avatar” dünyanın ən gəlirli filmi olub.
Məlumata görə, üçüncü, dördüncü və beşinci hissə müvafiq olaraq 2024, 2026 və 2028-ci illər üçün planlaşdırılıb.
Mənbə: Smotrim.ru



Oxşar xəbərlər