“Game of Thrones”un NFT-si təqdim ediləcək
3-11-2022, 16:06
7 016

“Game of Thrones”un NFT-si təqdim ediləcək

Bütün dünyada fenomenə çevrilən “Game of Thrones” serialı metavers dünyasına keçir.
Kit Harrinqton, Emilia Klark, Lena Hidinin baş rolunda çəkildiyi serialın pərəstişkarlarının “Game of Thrones” kainatını araşdıra biləcəyi “Game of Thrones: Build Your Realm” adlı NFT təqdim ediləcək.
NFT-nin nə vaxt çıxacağını paylaşmayan və qiymət barədə məlumatı verməyən şirkət metavers kainatının ancaq ilin sonundan əvvəl yaşana biləcəyini bildirib. “Game of Thrones”dan ilhamlanan avatarların yer alacağı NFT-də istifadəçilər macəralara çıxa və avatarlarını təkmilləşdirə biləcəklər.

Oxşar xəbərlər