Hadisə Rıbakla duet oxuyacaq
4-11-2022, 22:27
9 914

Hadisə Rıbakla duet oxuyacaq

54-cü Avroviziya Mahnı Müsabiqəsində birlikdə yarışan norveçli müğənni Aleksandr Rıbak və Hadisənin duet oxuyacağı bildirilib. 
Bu barədə Aleksandr Rıbak "Focus Eurovision"a müsahibəsində deyib.  
Onun sözlərinə görə, yaxın günlərdə Türkiyəyə səfər edəcək:
"Gələn həftə İstanbula gəlib Hadisə ilə görüşəcəyəm. Hadisə ilə sürpriz layihəyə imza atacağıq".  
Qeyd edək ki,  2009-cu ildə keçirilən "Eurovision"da Türkiyəni təmsil edən müğənni  Hadisə "Düm Tek Tek" mahnısı ilə 4-cü yerdə, Norveç adına mübarizə aparan Aleksandr Rıbak isə  "Fairytale" 387 xalla birinci yerdə  qərarlaşıb. 

Oxşar xəbərlər