Əfsanəvi hind filmi yenidən çəkilir
19-11-2022, 17:26
17 467

Əfsanəvi hind filmi yenidən çəkilir

“Disko rəqqası” filmi ilə tanınan hind kinorejissoru Babbar Sübhaş rus aktyorlarının iştirakı ilə yeni musiqili film çəkməyə hazır olduğunu açıqlayıb.
Onun sözlərini TASS sitat gətirib.
“Hər şey müasir olmalıdır, çünki o film 40 il əvvəl çəkilib. Amma yeni kino çox rəqsli və çox musiqili olmalıdır”, - deyə rejissor deyib.
Sübhaşın fikrincə, əsas personaj yaraşıqlı deyil, yaxşı rəqqas olmalıdır. Rejissorun izah etdiyi kimi, yeni layihədə müasir musiqidən istifadə edilməlidir:
“Biz, məsələn, rep gətirməliyik. Tamaşaçı yeni bir şey görsün”.

Oxşar xəbərlər