Keytdən “Avatar”da sualtı rekord
15-12-2022, 15:13
1 324

Keytdən “Avatar”da sualtı rekord

Aktrisa Keyt Uinslet “Avatar: Suyun yolu” filminin çəkilişləri zamanı rekorda imza atıb.
Sənətçi 7 dəqiqə 15 saniyə nəfəsini tutaraq 2011-ci ildə “Mission: Impossible: Rogue Nation” filminin çəkilişlərində Tom Kruzun 6 dəqiqəlik rekordunu yeniləyib.
Qeyd edək ki, ulduz “Avatar”ın davam filmində Metkain dənizçilik klanından olan döyüşçü Ronal obrazını canlandırır. Filmin rejissoru Ceyms Kemeron görüntüləri daha realist və orijinal etmək istədiyi üçün aktyorlar bir sıra səhnəni suyun altında oynayıblar.


Oxşar xəbərlər