Nadirin “Avroviziya” şansı var!
15-12-2022, 18:45
5 759

Nadirin “Avroviziya” şansı var!

Müğənni Nadir Rüstəmlinin ölkəmizi yenidən “Avroviziya” Mahnı Müsabiqəsində təmsil etmək ehtimalı var.  
OLAY-ın əldə etdiyi məlumata görə, Azərbaycan deleqasiyası Nadiri növbəti dəfə yarışmaya göndərmək barədə müzakirə aparıb.
Qeyd edilib ki, bir neçe gün öncə elan edilen ifaçı və mahnı seçimi qəbulunda bir xanım iştirakçı seçilərək Nadirlə birgə duet şəklində Böyük Britaniyaya göndəriləcəyi iddia olunur.

Bu barədə rəsmi təsdiq yoxdur. Buna baxmayaraq, sosial şəbəkələrdə N. Rüstəmlinin yenidən sözügedən müsabiqəyə göndərilməsiylə bağlı kampaniya aparılıb.
Mövzu ilə bağlı OLAY-a danışan Nadir əgər təklif olunarsa, sevə-sevə ölkəmizi təmsil etməyə hazır olduğunu vurğulayıb:

“Əgər yenidən təklif olunarsa, bəli. Yox deməyəcəm, gedəcəm. Çünki özüm də getmək istəyirəm. Amma sırf özümə qalsa, onlara müraciət etməyəcəm, etməmişəm də. Çünki əslində bu il getmək kimi fikrim yox idi, sadəcə təklif etsələr və izləyicilərin də istəyinə görə, əgər təklif olsa, yox deməyəcəm”.
Xatırladaq ki, N. Rüstəmli “Avroviziya-2022”də ölkəmizi “Fade to black” mahnısı ilə təmsil edərək, 16-cı yer tutub.
Məlumat üçün bildirək ki, 2023-cü idlə isə müsabiqə mayda Liverpulda baş tutacaq.

Oxşar xəbərlər