Məşhur aktyor Türkiyəyə gələcək
10-01-2023, 11:34
2 087

Məşhur aktyor Türkiyəyə gələcək

"Sherlock Holmes", "Doctor Strange"  kimi obrazlara həyat verən dünya şöhrətli aktyor Benedikt Kamberbatçın ulu babasının uzun illər Bucada konsulluq vəzifəsində çalışdığı ortaya çıxıb.
Türkiyə KİV xəbər verir ki, Kamberbatçın ailə üzvlərinin bəzilərinin İzmirdə dəfn olunduğu da mediada gündəm yaradıb. 
Bundan xəbərdar olan məşhur aktyorun İzmirə səfər edəcəyi gözlənilir. İzmirdə yaşayan İngilis əsilli Levantin Endryu Simes tərəfindən aparılan araşdırmalar göstərir ki, aktyorun ulu babası Robert William Kamberbatç 1864-cü ildə İzmirə konsul təyin edilib və öldüyü günə qədər Bucada yaşayıb. Endryu Simes  Kamberbatçın İzmirin Buca şəhərində kilsə bağçasında olduğunu qeyd edib.

Oxşar xəbərlər