"Dolu Kadehi Ters Tut" Bakı səhnəsində - İLK DƏFƏ
30-05-2023, 15:16
1 272

"Dolu Kadehi Ters Tut" Bakı səhnəsində - İLK DƏFƏ

"Events World"un təşkilatçılığı ilə Türkiyənin sevilən və son dönəmlərdə çıxışları ilə adından çox söz etdirən məşhur alternativ rok qrupu Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda səhnəyə çıxacaq. 
"Madem", “Yapma N`olursun “, “ Gitme “, “ Biraz Delisin “ və digər ifaları ilə sevilən rock qrupu fərqli musiqi performansı ilə Bakıda unudulmaz və çılğın rok gecəsi yaşadacaq.
Bakıda ilk dəfə keçiriləcək unudulmaz konsertə Elektra Events Hall ev sahibliyi edəcək. 
Tədbir iyunun 16-sı saat 20:00-da baş tutacaq. 


Oxşar xəbərlər