Bəyimxanım Mark Eliyahunun səhnəsində
5-06-2023, 12:07
1 266

Bəyimxanım Mark Eliyahunun səhnəsində

Dünyaca məşhur kamança ustası Mark Eliyahu Heydər Əliyev Sarayında konsert verib.

OLAY yazır ki, sənətçinin konserti maraqlı anlarla yadda qalıb.
Əməkdar artist Bəyimxanım Vəliyeva tədbirdə Eliyahu ilə Məhəmməd Hüseyn Şəhriyarın “Ulduz sayaraq” şeirinə yazılmış mahnını səsləndirib.
Eliyahu onu bağlama ilə müşayiət edib. İfanın sonunda B. Vəliyeva M. Eliyahuya təşəkkürlərini bildirib. Bu zaman yəhudi əsilli sənətçi də Azərbaycan dilində “Çox sağ ol, Bəyimxanım”, deyərək ona cavab verib.



Oxşar xəbərlər