Qazaxıstan “Uşaq Avroviziya”dan çəkildi
9-06-2023, 16:49
6 853

Qazaxıstan “Uşaq Avroviziya”dan çəkildi

Qazaxıstan “Uşaq Avroviziya” mahnı müsabiqəsindən imtina edib.
Bu barədə ölkənin dövlət kanalı olan “Khaber” məlumat yayıb.
“Təəssüflə bildirirəm ki, Xəbər TV bu il iştirak etməyəcək. Bu səbəbdən Qazaxıstan iştirakçı siyahısına düşməyəcək, əslində bu qərarla bağlı məlumat vermək çox üzücüdür. Bununla belə, Qazaxıstandakı tamaşaçıların verilişi canlı izləmək imkanı əldə etməsi üçün onu yayımlamaqda çox maraqlıyam”,- deyə kanal rəsmisi Daniyar Tussupbekov qeyd edib.
Qeyd edək ki, Qazaxıstan ilk dəfə 2018-ci ildə iştirak edib, 2019 və 2020-ci illərdə isə ikinci olub. “Uşaq- Avroviziya” 26 noyabrda Fransanın Nitsa şəhərində keçiriləcək.

Oxşar xəbərlər