Banklar buna görə növbəyə düzülüb
24-08-2020, 14:29
194

Banklar buna görə növbəyə düzülüb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb. 
AMB-dən Bakıtv.az-a verilən məlumata görə, 24.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb təklifdən 4,4 dəfə çox - 662,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.  
Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.

Oxşar xəbərlər