Rafael Cəbrayılovun cinayət işinə xitam veriləcək - Vəkilindən AÇIQLAMA
30-09-2021, 14:31
200

Rafael Cəbrayılovun cinayət işinə xitam veriləcək - Vəkilindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, həbs edilən sabiq deputat Rafael Cəbrayılov "Yeni Klinika"da koronavirus səbəbindən dünyasını dəyişib. 
R.Cəbrayılovun vəkili Tərlan Azayev sabiq deputatın cinayət işinə xitam verilib-verilməyəcəyi ilə bağlı açıqlama verib:
"Təqsirləndirilən şəxs öləndən sonra, yəqin ki, növbəti məhkəmə prosesində onun barəsində açılan cinayət işinə xitam veriləcək".
Qeyd edək ki, cari ilin aprel ayında iş üzrə toplanmış sübutlar əsasında Rəfael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər