Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı
24-01-2023, 10:52
1 075

Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı

"Vergi borcu olanlar da hesab aça biləcəklər".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər.
“Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı.
Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.
Bu məhdudiyyətin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır”, - deyə deputat əlavə edib.

Oxşar xəbərlər