Tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisi tutulacaq
24-01-2023, 11:25
949

Tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisi tutulacaq

Azərbaycanda ölkə ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinə münasibətdə yol vergisi tətbiq olunacaq.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Məcəllənin 209-cu maddəsinə təklif edilən dəyişikliyə əsasən, ölkə razisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.
Mövcud məcəlləyə görə isə Azərbaycan ərazisindən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezidentlər yol vergisi ödəyicisidir.

Oxşar xəbərlər