Azərbaycan nefti ucuzlaşdı
16-03-2023, 10:52
2 749

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 6,99 ABŞ dolları və ya 8,6% azalaraq, 74,42 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb. 

Oxşar xəbərlər