İqtisadiyyat
21-10-2019, 18:00
744
Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik
2020-ci ildə elm xərclərinə 193,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bakitv.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində qeyd edilib.
Layihəyə görə, bu vəsait 2019-cu illə müqayisədə 57,4 milyon manat və ya 42,1 faiz çoxdur.
2020-ci ildə elm xərcləri üzrə proqram və tədbirlərin həyata keçirilməsi üçün 12,3 milyon manat vəsait nəzərdə tutulub. Həmin vəsait fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, dövlət və qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsi üçün yönəldiləcək.