Mayk Pompeonun Avropa turnesi: Avropa İttifaqə Belarusa qarşı daha sərt mövqedədir
17-08-2020, 15:12
457

Mayk Pompeonun Avropa turnesi: Avropa İttifaqə Belarusa qarşı daha sərt mövqedədir

ABŞ dövlət katibi Mayk Pompeo Çexiya, Sloveniya, Avstriya və Polşaya səfərlərini başa çatdırıb. Səfər Vaşinqtonun Rusiya ilə əməkdaşlığı daraltmaq, Çin və İrana qarşı vahid cəbhə kimi çıxış etmək tələblərini pozan Avropa müttəfiqləri ilə birlik nümayiş etdirmək məqsədi daşıyıb. İkitərəfli münasibətlərdəki ağrılı nöqtələrin, habelə Belarusdakı böhranın müzakirəsi transatlantik birlikdə dərin parçalanmanı ortaya qoyub. ABŞ geosiyasi rəqiblərinə təzyiqləri artırmağa çağırarkən, Mayk Pompeo Minskə qarşı eyni qətiyyət göstərməyə tələsdirməyib.
Mayk Pompeonun “Böyük Avropa Həftəsi” ötən Şənbə günü Varşavada hərbi əməkdaşlığın gücləndirilməsi və Polşada əlavə Amerika kontingentinin yerləşdirilməsi haqqında sazişin imzalanması, Çexiya, Sloveniya və Avstriyaya səfərlərlə yadda qalıb. Amerika diplomatiyasının rəhbəri “qastrol”a getməzdən əvvəl deyib: “Onların hamısı Amerikanın gözəl dostlardır. Çox gözəl və çox məhsuldar bir səfər olacağını gözləyirəm”.
Nikbinlik nümayiş etdirməsinə baxmayaraq, Dövlət Departamenti rəhbərinin missiyası Donald Trampın prezidentliyinin sonunda müttəfiqlər arasındakı münasibətlərdə, kritik bir kütlənin toplandığını nəzərə alaraq, çox çətin olub. Bunlardan ən başlıcası, ABŞ-ın Rusiya qazından, o cümlədən “Şimal axını-2 və “Türk axını” boru kəmərləri ilə enerji əldə etmədən imtina tələbi ilə Avropaya artan təzyiqlərlə bağlıdır.
Mayk Pompeo avropalıları ekoloji təmiz texnologiyalarla istehsal edilən Amerika mayeləşdirilmiş qazının və digər enerji ehtiyatlarının üstünlüklərinə inandırmalı idi. “İnanırıq ki, Avropanın enerji mənbələrini şaxələndirməsi və Rusiyadan asılı olmaması Amerikanın milli təhlükəsizliyini təmin etmək üçün olduqca vacibdir”, – deyə Pompeo Sloveniyanın baş naziri Janez Yanşa ilə görüşdükdən sonra Aİ-nin enerji siyasətinə dair Amerika görüşünü ortaya qoyub.
Sözgəlişi, Avropa müttəfiqlərinin bu yanaşmaya müqaviməti çox güclü olub. Mayk Pompeo artıq Avropada olarkən, Aİ-nin 27 ölkəsindən 24-ü, Dövlət Departamentinə “Şimal axını-2” qaz boru kəmərinin tamamlanmasında iştirak edən şirkətlərə qarşı sanksiya tətbiq edilməsinin yolverilməz olduğunu bildirən etiraz notası göndərib. Almaniyanın “Die Welt” qəzetinin verdiyi məlumata görə, etiraz avqustun 12-də videokonfrans zamanı ifadə edilib və hansı üç Avropa ölkəsinin ona qoşulmadığı dəqiqləşdirilməyib.
Notada qeyd olunur: “Aİ sanksiyaların ekstraditserial tətbiqini beynəlxalq hüququn pozuntusu hesab edir və “Avropa siyasətinin Avropada müəyyənləşdirilməli olduğu əsasından onu davam etdirəcək”.
Ümumən Mayk Pompeonun turnesi Rusiya və Çinə qarşı çıxmaq üçün transatlantik həmrəyliyi gücləndirməyin zəruriliyi düşüncəsi ilə birləşib. Bir paytaxdan digərinə keçərkən, təkrarladığı bu fikri Mayk Pompeo Çexiya Senatındakı çıxışında konseptual olaraq əsaslandırıb. “Çex Respublikasının təcrübəsi göstərir ki, Avropanın digər xalqları hansı təhdidlərlə üzləşir. Rusiya demokratiyanızı və təhlükəsizliyinizi pozmağa çalışmaqda davam edir, dezinformasiya və kiberhücum kampaniyası aparır” deyərək, o, Vaşinqton və Avropa müttəfiqlərinin “əvvəllər nəzərə alınmalı olan meylləri nəzərə almadığını” söyləyib. “Biz 1989 və 1991-ci illərdə avtoritar rejimlərin ölümünü gördük. Lakin bu idarəetmə forması qalıb. Bu rejimlərin keçmiş olduğuna ümid bəsləsək də, ümidlərimiz doğrulmayıb”. O, Çin Kommunist Partiyasını və Rusiyanı “təhlükə” adlandırıb.
Ancaq Praqada cənab Pompeo məyus olub. Dövlət başçısı və Dövlət Departamentinin rəhbəri ilə arasındakı danışıqlardan sonra Çexiya prezidenti Miloş Zemanın mətbuat katibi İrji Ovçaçek bildirib ki, “Rusiya və Çin gəlincə, Zemanın siyasəti iqtisadi diplomatiyanın praqmatik maraqlarını rəhbər tutur”.
Öz növbəsində, Çexiya baş naziri Andrey Babiş Dukovanı AES-də yeni enerji qurğusunun inşası üzrə tenderdə iştirakı Rusiya şirkətlərinə qadağa qoyma təklifini nəzakətlə rədd edib. “Avropa İttifaqının üzvü kimi fəaliyyət göstəririk. Həmişə olduğu kimi, bu cür tenderlər çərçivəsində müxtəlif konsorsiumlar yaranır. Aİ qaydalarına uyğun olaraq, kimsəni istisna edə bilmərik. Mən bunu ona açıqca izah etdim və düşünürəm ki, o bunu başa düşdü”.
Birləşmiş Ştatlar və onun transatlantik müttəfiqləri arasındakı ixtilaflar  oktyabrın 18-də bitəcək İrana silah embarqosunun uzadılması ilə bağlı BMT Təhlükəsizlik Şurasında ABŞ qətnamə layihəsinin səsverməsi zamanı tam özünü göstərib. Rusiya və Çin əleyhinə səs verdikdən və Fransa, Belçika, Böyük Britaniya və Estoniya  da daxil olmaqla, əksər dövlətlər bitərəf qaldıqdan sonra qətnamə lazımi sayda səs toplamayıb.
Polşanın xarici işlər naziri Yasek Çaputoviçlə birgə mətbuat konfransında Amerika diplomatiyasının rəhbəri məyus olduğunu gizlətməyib. “Təəssüf ki, Təhlükəsizlik Şurasının 5 üzvü Körfəz ölkələri və İsrailin öz və regional təhlükəsizliyini təmin etmələrini dəstəkləməyib. Çox təəssüf!”
Mayk Pompeonun səfəri Dövlət Departamenti başçısının bu ilin mart ayında ziyarət etdiyi Belarusda böhranın artması fonunda baş tutub. Eyni zamanda, Belarus tarixində ən sərt vətəndaş etirazları Vaşinqtonun Minsklə münasibətləri normallaşdırmağa başlaması və ABŞ-ın ölkədəki səfirini geri qaytarmaq qərarından qısa müddət sonra baş verib. “Belarusla bağlı böyük narahatlığımız var. Orada ədalətsiz seçkilər keçirilib. Belaruslar qəlbimizdədir. Etirazları izlədik və nümayişçilərin təhlükəsizlik qüvvələrinin hücumlarından qorunmasını istədik. Gələcəkdə bunu tələb etməyə davam edəcəyik”.
Bununla yanaşı, o, Minsk əleyhinə sanksiyaların tətbiqi ehtimalı barədə danışmağa tələsməyib, halbuki bu haqda ilk danışan Avropa İttifaqı olub.
Bu mənada vəziyyət ABŞ-ın Çin və Honq-Konq rəsmilərinə qarşı qətiyyətdən köklü şəkildə fərqlənib. Mayk Pompeo hələ Polşada olarkən, Aİ diplomatiyasının rəhbəri Josep Borrell demokratik prinsipləri pozan Belarus rəsmilərinə qarşı sanksiyaların hazırlanacağını elan edib.
Pompeo ilə Polşa baş naziri Mateuş Moravetski arasındakı danışıqlar da Avropanın ABŞ-dan daha fəal hərəkətlər gözlədiyinə dəlalət edib. “Baş nazir Moravetski Belarusdakı vəziyyət, əgər müxtəlif sanksiyalardan və ya diplomatik hərəkətlərdən danışırıqsa, beynəlxalq, həmrəy fəaliyyət tələb etdiyini vurğulayıb. Bu gün ABŞ-ın rolu, Aİ-nin həmrəyliyi vacibdir”. Bunu Polşa hökumətinin mətbuat katibi Pyotr Müller deyib.
Bununla yanaşı, Varşava kimi, Vaşinqtonun da Belarusda təkrar seçkilərin keçirilməsini tələb edib-etməyəcəyinə dair suala cavab verən cənab Müller birmənalı cavabdan çəkinib: “Deyə bilərəm ki, Polşa və ABŞ demokratik seçkilərlə bağlı ümumi dəyərləri bölüşür və  ABŞ-ın rəsmi mövqeyini Ağ Ev və Dövlət Departamenti nümayəndəsinin öhdəsinə qoyuruq”.
Tərcümə: Strateq.az

Oxşar xəbərlər