Gülənçiləri əvəz edən yeni cərəyanlar ortaya çıxıb
17-08-2020, 21:14
340

Gülənçiləri əvəz edən yeni cərəyanlar ortaya çıxıb

“Usşaki” icmasının “şeyxi” Fatih Nurullah davamçılarını “dövlətin idarəetmə mexanizmlərində yer almağa” çağırıb
AzToday.az “Cümhuiryet.com.tr”a istinadən xəbər verir ki, Türkiyədə daimi Ədalət və İnkişaf Partiyasının (AKP) dəstəyi altında fəaliyyət göstərən çox sayda dini quruluşdan biri olan “Ussaki” icması dövlət idarələrində kadrlarını yerləşdirmək niyyətlərini açıq şəkildə dilə gətiriblər.
Dini cərəyan lideri Fateh Nurullah “Nurani TV”nin “Youtube” kanalında “Sarıq və ya cübbə geyinməyimiz rəsmi işlərdə çalışmağa maneə olursa, hansı yolu seçməliyik?” sualını cavablandırarkən “Gəlin dövlətin idarəetmə mexanizmlərində iştirak edək” ifadəsini işlədib.
“Geyimə görə dövlətdən ayrı düşmək olmaq” , – deyən Fatih Nurullah, dünyəviliyi devirmək məqsədini gizlətmədiyini ifadə edib:
“Xidmətdən vaz keçməyin, ticarətdə fasilə verməyin. Tənbəllik olmaz. Dövlətdən ayrı düşərkən əslnəsli qeyri-müəyyən olanlar yuxarı başa keçir. Sonra başımızı əzməyə çalışırlar. Xüsusilə İslam dövləti qurulsa, ən gözəl sarığı biz sarıyacağıq, ən gözəl paltarları biz geyəcəyik. Hər şeyin vaxtı var. Məsələn, hicab məsələsi həll olundu, elə deyilmi? Ayasofya- mayasofya, Tayyib bəy “gözləyin” dedi. Ayasofya açıldı…. Gəlin dövlətin idarəetmə mexanizmlərində yer alaq. Çünki əsli-nəsli qeyri-müəyyən oalnlar qərar qəbuletmə mexanizmlərini ələ keçirəndə müsəlmanlar əziyyət çəkirlər”.
Xatırladaq ki, F.Nurullah 15 iyul dövlət çevriliş cəhdinin ardından “Türkiyə Cümhuriyyətinin son günlərini yaşadığını və 2-ci Osmanlı qurulur, ilk sultanı, başımızın padşahı da Tayyib bəy görünür”, – deyən şəxsdir.

Oxşar xəbərlər