Tramp: “Dünya liderləri mənə deyir ki, Ərdoğana zəng et, o, yalnız səni dinləyir”
18-08-2020, 10:41
258

Tramp: “Dünya liderləri mənə deyir ki, Ərdoğana zəng et, o, yalnız səni dinləyir”

ABŞ PrezidentDonald Tramp bazar ertəsi dünya liderlərinin Türkiyə PrezidentRəcəb Tayyib Ərdoğandan kömək istədiklərini bəyan edib.
Tramp bu barədə “Fox News”a müsahibəsi zamanı açıqlamasında bildirib.
ABŞ lideri qeyd edib ki, keçən həftə ölkə başçıları mənə müraciət etdilər: “Dedilər ki, Ərdoğana zəng vura bilərsənmi? Dedim ki, Türkiyə prezidentinə niyə məhz mən zəng etməliyəm. Dedilər ki, o, yalnız sizi dinləyəcək - bizi dinləmir”.
Tramp adlarını açıqlamadığı liderlərə xitabən əlavə edib ki, “Sizcə bu, ABŞ-a görədir?  Xeyr, bunun səbəbi özünüzdədir…”.(APA)

Oxşar xəbərlər