Siyasət
20-08-2020, 11:39
317
Navalnı komaya girdi
Bu gün səhər zəhərlənmə şübhəsi ilə Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilən bloger Aleksey Navalnı komadadır.
Bakıtv.az-ın məlumatına görə, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter” hesabında yazıb.
“Aleksey süni tənəffüs aparatına qoşulu vəziyyətdədir, komadadır, vəziyyəti ağırdır. Analizin nəticələri hələlik yoxdur”, - deyə o qeyd edib.
Omsk Xəstəxanasının baş həkimi də TASS-a açıqlamasında A. Navalnının ağır vəziyyətdə olduğunu, süni tənəffüs aparatına qoşulduğunu bildirib.