Lavrov ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edəcək
17-06-2021, 18:49
48

Lavrov ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, görüş Moskvada baş tutacaq.
“Tərəflər regional münaqişələrin həllində ATƏT-in rolunu müzakirə edəcəklər. Qarabağ məsələsi, Ukrayna, Dnestreyanı mövzular ətrafında fikir mübadiləsi aparılacaq”, - M.Zaxarova qeyd edib.

Oxşar xəbərlər