Davos forumu gələn ilin yayınadək təxirə salındı
26-08-2020, 00:27
269

Davos forumu gələn ilin yayınadək təxirə salındı

2021-ci ilin Dünya İqtisadi Forumu (DİF) yanvar ayından yayın əvvəlinədək təxirə salınıb.
Bakıtv.az xəbər verir ki, bu barədə forumun bugünkü açıqlamasında DİF-in icraçı direktoru Adrian Monk bildirib.
Təşkilat rəhbərinə görə, ekspertlər yanvar ayında forumu təhlükəsiz şəraitdə keçirməyin mümkün olmayacağı qənaətindədirlər.
İllik tədbirin tarixləri daha sonra açıqlanacaq.

Oxşar xəbərlər