Lavrovun təyyarəsi Çinə gedərkən yoldan qayıtdı
18-03-2022, 15:34
7 587

Lavrovun təyyarəsi Çinə gedərkən yoldan qayıtdı

Rusiya xarici işlər naziri Lavrovun təyyarəsi Çinə gedərkən yoldan qayıdıb.
 
Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan "Bild” Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Çinə yola düşdüyünü, lakin təyyarənin 2800 kilometr yol getdikdən sonra Moskvaya qayıtdığını iddia edib.
 
Bildirilib ki, rusiyalı nazir Çin rəsmiləri ilə görüşmək üçün böyük Rusiya nümayəndə heyəti ilə təyyarəyə minib, lakin təyyarə Pekinə enmək əvəzinə Moskvaya qayıdıb. Aralarında Lavrovun da olduğu təyyarənin 2800 kilometr yol qət etdikdən sonra Moskvanın Şeremetyevo hava limanına endiyi bildirilib.
"Bild” qəzetinin yaydığı məlumata görə, bunun iki səbəbi ola bilər: Ya Pekin administrasiyası Lavrovu qəbul etmək istəməyib, ya da Rusiya prezidenti Vladimir Putin Lavrovun geri qayıtmasını əmr edib.
 
Son zamanlar Moskva və Pekin administrasiyaları arasında münasibətlər çətin dövrə qədəm qoyub. Rusiya administrasiyasının son günlər Çindən hərbi və iqtisadi yardım istəməsi iddia edilib, lakin hər iki ölkənin rəsmiləri bu iddiaları təsdiqləməkdən imtina ediblər.
 
Onu da qeyd edək ki, Lavrov bu gün "Bild”-in iddialarını təkzib edib və onun təyyarəsinin geri qayıtdığının doğru xəbər olmadığını söyləyib.

Oxşar xəbərlər