Yeni Baş nazirdən ilk açıqlama
8-10-2019, 13:30
1 171

Yeni Baş nazirdən ilk açıqlama

Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş Nazir postuna namizədliyi təsdiq edilən Əli Əsədov göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Ə.Əsədov müasir Azərbaycanın müstəqillik illərində böyük uğurlar qazandığını qeyd edib və bildirib: "Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib. Dövlətimizin başçısının rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdırılıb. Qeyri-neft sektoru inkişaf edir. Azərbaycan kosmik ölkələr ailəsinə daxil olub".

Oxşar xəbərlər