Bakıtv.az-ın məlumatına görə, qurumun Twitter hesabında nazirlərin Bakı səfərindən fotolar yerləşdirilib. Qeyd olunub ki, Türkiyə rəsmiləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər.
“Hər iki nazir görüşdə Dövlət Bayrağı Günü və işğal altındakı Şuşa şəhərinin azad edilməsi münasibətilə cənab Əliyevi təbrik etdi”, - deyə məlumatda vurğulanıb.