Siyasət
21-09-2019, 12:00
415
Sensasion iddia: “Müharibə aktıdır” – Səudiyyəyə hücumda İranın rolu sübut olunur
Krallığın ən böyük neft istehsal edən obyektlərinə Pilotsuz Uçan Aparatlarla (PUA) olunan hücum müharibə aktıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanına səfər edən ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
Amerika rəsmisi hücumlara görə növbəti dəfə İranı ittiham edib.
Məlumata görə, Pompeonun səfəri çərçivəsində Səudiyyə Ərəbistanı da öz növbəsində hücumun qeyd-şərtsiz İran tərəfindən təşkil olunduğuna dair dəlillərin olduğunu açıqlayıb. Krallığın Silahlı Qüvvələrinin nümayəndələrinin bildirdiyinə görə, Ər-Riyadda jurnalistlərə İranda hazırlanan mərmi və dronların qalıntıları göstərilib.