Nazir İsraildə Azərbaycan səfirliyinin açılmasının əhəmiyyətindən DANIŞDI
29-03-2023, 12:46
855

Nazir İsraildə Azərbaycan səfirliyinin açılmasının əhəmiyyətindən DANIŞDI

İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında tərəfdaşlığın inkişaf etdiyini və münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı ilə Yerusəlimdə keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, mütəmadi təmaslar Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verir. O, həmçinin parlamentlər arasındakı əlaqələrin də yaxşı səviyyədə olduğunu bildirib.
Ceyhun Bayramov, eyni zamanda, Azərbaycanda yəhudi icmasının, İsraildə Azərbaycan diasporunun ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadıqlarını söyləyib.

Oxşar xəbərlər