"Azərbaycan hər zaman bizim yanımızda olub" - Jelka Tsviyanoviç
13-04-2023, 17:24
6 249

"Azərbaycan hər zaman bizim yanımızda olub" - Jelka Tsviyanoviç

Biz qərara gəldik ki, bu gün artıq əməkdaşlığımızın yeni səhifəsini açaq və daha səmərəli əməkdaşlıq etməyə başlayaq.
Bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Azərbaycanın çətin vaxtlarda daim Bosniya və Herseqovinanın yanında olduğunu vurğulayan Jelka Tsviyanoviç bildirib: “Bu fürsətdən istifadə edərək, cənab Prezident Əliyevə və ölkənizə 2014-cü ildə bizim ölkədə baş vermiş daşqın zamanı göstərilmiş yardıma görə minnətdarlığımı bildirirəm. Bizim xalqımız böyük çətinliklərlə üzləşmişdi və Azərbaycan o zaman bizim yanımızda oldu, daha sonra koronavirus və pandemiya dövründə də Azərbaycan bizə yardım göstərdi. Bütün bu müddət ərzində Azərbaycan bizim bir neçə şəhərimizdə mühüm lazımi infrastruktur layihələri həyata keçirdi. Banya Luka şəhərində tibbi mərkəz yaradıldı, Sarayevo şəhərində dostluq parkı salındı. Eyni zamanda, Sarayevoda tibb müəssisəsi təsis edildi. Ölkəmizdə hər hansı bir çətinlik baş verən vaxtda da Azərbaycan hər zaman bizim yanımızda olmuşdur”.

Oxşar xəbərlər