Moskvada üçtərəfli görüş başladı - YENİLƏNİB
19-05-2023, 14:23
941

Moskvada üçtərəfli görüş başladı - YENİLƏNİB

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş başlayıb.
Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan iştirak edirlər.
***
Bu gün Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.
Görüş Rusiyada baş tutacaq.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq Moskvadadırlar.



Oxşar xəbərlər