Prezident Cibuti rəhbərini təbrik edib
27-06-2023, 12:14
1 422

Prezident Cibuti rəhbərini təbrik edib

Prezident İlham Əliyev Cibuti Respublikasının Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Cibuti dövlətlərarası əlaqələrinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Oxşar xəbərlər