İsrailin müdafiə nazirinin Azərbaycana səfəri başa çatıb
14-07-2023, 11:07
1 148

İsrailin müdafiə nazirinin Azərbaycana səfəri başa çatıb

İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfəri başa çatıb.
O, bu barədə “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, səfər çərçivəsində Azərbaycanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib:
“Biz bir sıra sahələrdə əməkdaşlıq etməklə yanaşı, güclü əlaqələrimizi və möhkəm dostluğumuzu daha da dərinləşdirmək istiqamətində razılıq əldə etdik. Müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə töhfə verir”.



Oxşar xəbərlər