Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI
15-03-2021, 10:34
167

Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Bakıtv.az “oxu.az”a istinadən xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Dərslər iki həftə distant formada davam etdiriləcək.
Qeyd edək ki, məktəbdə IX siniflər üçün keçirilməsi planlaşdırılan imtahanlar da ləğv olunub.

Oxşar xəbərlər