GDU-da daha bir qanun pozuntusu... - MÜRACİƏT
17-05-2021, 10:19
216

GDU-da daha bir qanun pozuntusu... - MÜRACİƏT

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Əsasnaməsi”ni və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nı rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə uyğun olaraq, Gəncə Dövlət Universitetinin akkreditasiyasının keçirilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin F-463 nömrəli, 12 noyabr 2020-ci il tarixli əmrinə əsasən Bakı Mühəndislik Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əzizov Mayis Babulla oğlu Sədr olmaqla 5 nəfərdən ibarət Akkreditasiya Komissiyası yaradılmışdır. Akkreditasiya komissiyasının bütün fəaliyyətini müsbət qiymətləndiririk və qeyd edilmiş çoxlu nöqsanları və iradları düzgün hesab edirik". Bu sözlər Azərbaycan Respublikası Təhsil Nazırliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə Gəncə Dövlət Universitetinin bir qrup tələbələri adından edilən müraciətdə yer alıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətdə deyilir:

"Akkreditasiya komissiyasının iradlarında belə bir fikir vardır. Tələbə Elmi Cəmiyyətinin Sədri tələbələrdən olmalıdır. Bildirmək istəyirik ki, GDU-da Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi adlı bir təşkilat da var. Bu təşkilatın sədri 2010-cu ildən Pərviz Adıgözəlov təyin olunub. Əgər TEC sədrinin tələbədən olması təklif olunursa, bu təşkilatın rəhbərinin də tələbələr arasından seçilməsi düzgün deyilmi?

Pərviz Adıgözəlovun artıq 43 yaşı var, baba olmağına baxmayaraq hələ də adında "azad" sözü olan, amma özü azad olmayan Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir. Bu şəxs fondun pullarını istədiyi kimi xərcləyir, hələ bu günə qədər bir nəfər maddi vəziyyəti ağır olan tələbəyə maddi yardım etməyib. Edilən yardımlar özünə yaxın olan tələbələrin adına yazılaraq Pərviz Adıgözəlov tərəfindən mənimsənilir. Bu adam rektorun xəbərdaşıyanı funksiyasını yerinə yetirdiyinə görə hələ də həmin vəzifədə saxlanılır.

Tələbə Gənclər Təşkilatının Sədri olan Orxan Məmmədov da tələbə deyildi. Magistraturanı çoxdan bitirməyinə baxmayaraq 8 ilə yaxın idi ki, həmin vəzifəni daşıyırdı. İctimai qınağı və narazılıqları nəzərə alaraq özü ərizə yazaraq vəzifəsindən azad olunmağını xahiş etdi. Universitetə gəlməməyinə baxmayaraq hələ də onun bu vəzifədən azad olunması haqqında əmr verilməyib və ona naməlum səbəblərdən maaş yazılır.

Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrinin də tələbədən olmasının göstərilən iradlara daxil edilməsini və müvafiq tədbir görülməsini Akkreditasiya Komissiyasından xahiş edirik".

Oxşar xəbərlər