Bu gün 3 506 nəfər imtahan verəcək
25-08-2020, 11:11
201

Bu gün 3 506 nəfər imtahan verəcək

Bu gün Azərbaycan dili və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçiriləcək.
Bakıtv.az xəbər verir ki, imtahanlarda 3 506 namizədin iştirakı nəzərdə tutulur.
Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Oxşar xəbərlər